Ukrayna silahlı qüvvələrinin 8 hərbçisi əsir düşüb

15:41 / 22.05.2019
1821
Bu gün Ukrayna silahlı qüvvələrinin 8 hərbçisi ölkənin müharibə gedən bölgəsində əsir düşüb.
"AzərTAc” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbçilər müəyyən olunmuş marşrut üzrə hərəkət edərkən yolu səhv salıblar, nəticədə silahlılar tərəfindən əsir götürülüblər.
Hərbçilərin geri qaytarılması üçün müvafiq işlər görülür.