Nazirlik cəza yağdırdı: - müdirlər qovuldular, işçilər töhmət aldılar

Nazirlik cəza yağdırdı: -  müdirlər qovuldular, işçilər töhmət aldılar
Azərbaycanda rayon mədəniyyət və turizm şöbələrinin əməkdaşları cəzalandırılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə bildirilib ki, bu gün nazirliyin kollegiya iclasında şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovun tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Şöbənin məsləhətçisinə, MKS-in, musiqi və incəsənət məktəbləri və muzeyin direktorlarına töhmət elan olunub və nöqsanların aradan aldırılması üçün onlara 3 ay vaxt verilib.

Nazir Əbülfəs Qarayev Ağdam və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğunu bildirib.

Kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub.

Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

OXŞAR XƏBƏRLƏR

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salma...

İrandan gələn xarici vətəndaşlar Azərbaycanda qalır? - XİN-dən CAVAB

Son günlərdə İranla İsrail arasında yaşanan gərginlik bölgədə ciddi narahatlıqlar yaradıb. Regionda müharibə ehtimalı gücləndikcə, əhalinin bir hissəsi təhlükəs...

Paşinyan Türkiyəyə yola düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə ...

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək.   Sfera.az xəbər ver...

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadası...

Azərbaycanda bu şəxslərə 350 manat veriləcək - FOTO

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Varis Yolçiyevə 190 manat, İlham Qəhrəmana isə 160 manat ödəyəcək.   Sfera.az iqtisadiyyat.a...