Ət dükanlarında reyd - Bu yerlərdən ət almayın

Ət dükanlarında reyd - Bu yerlərdən ət almayın

Ət alarkən diqqətli olun. Çünkü bəzi ət dükanlarında heyvanlar antisanitar yerlərdə kəsilir.Bakı şəhər Baytarlıq İdarəsinin keçirdiyi reyd bir sıra ət dükanlarındakı acınacaqlı vəziyyəti üzə çıxarıb.

Təmizliyə riayət olunmayan ət dükanları.Köhnəlmiş və iylənmiş ətlər, heç bir xüsusi geyimi olmayan qəssablar.

Görüntülər Bakı şəhər Baytarlıq İdarəsinin təşkil etdiyi reyddəndir. Reyd paytaxtdın Xəzər rayonu Binə qəsəbəsində yerləşən əksər ət dükanlarında acınacaqlı vəziyyəti üzə çıxarıb. Belə ki, heyvanlar mərkəzi kəsim yerində kəsilməli olduğu halda, antisanitar vəziyyətin hökm sürdüyü dükanlarda kəsildiyi müəyyən olunub. Kəsilən heyvanların ətləri isə heç bir tibbi yoxlanışdan keçirilmədən satışa çıxarılır.

Bu ət dükanının sahibi isə tibbi arayışının olduğunu desə də, onu itirdiyini bildirir…

Binə Baytarlıq Məntəqəsinin müdiri Qurbani Rüstəmov bildirir ki, aşkarlanan ətlər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına aparılacaq. Ətlər burada yoxlanışdan keçdikdən sonra onların istifadəyə yararlı olub-olmadığı müəyyən ediləcək. Tibbi yoxlanışdan keçməyən ətləri satan satıcılar cərimələnəcək. Satış haqqında şəhadətnaməsi olmayan ət dükanlarının fəaliyyəti isə dayandırılacaq./Xəzər xəbər

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pakistanlı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə İrandan diplomatik nümayəndəliyin bəzi əməkdaşlar və onların ailə üzvləri də daxil olmaqla 125 n...

Mayis Qədirov direktor təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8№-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni dir...

Metroda sıxlığın azalma səbəbi - RƏSMİ

Əvvəllər pik saatlarda Bakı metrosuna daxil olmaq bir növ "səbr və çeviklik testi" idi — qapılar qarşısında sıxlıq, vaqonlarda nəfəs almaq çətin...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər? - VİDEO

  Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.    Bərbər, bənna, dərzi və digərləri...  &...

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salma...

İrandan gələn xarici vətəndaşlar Azərbaycanda qalır? - XİN-dən CAVAB

Son günlərdə İranla İsrail arasında yaşanan gərginlik bölgədə ciddi narahatlıqlar yaradıb. Regionda müharibə ehtimalı gücləndikcə, əhalinin bir hissəsi təhlükəs...