UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda nümayiş etdirilib

UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda nümayiş etdirilib
 

UEFA Avropa Liqasının kuboku Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəlib.

"Report"un Qarabağ mərkəzi xəbər verir ki, kuboku yaxından görərək onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün "Qayıdış” parkında şəkil zonası, "Qarabağ” klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlarla, futbol üzrə master-klass dərsləri ilə uşaq zonası təchiz edilib, digər əyləncələr təşkil olunub. Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib.

Qeyd edək ki, Avropa Liqası kubokunun turu Cenevrədən başlayaraq Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycan paytaxtında başa çatıb. Baş mükafat mayın 18-də Bakıya gələrək növbəti gün qədim Gəncə şəhərinə yollanıb. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...

Aysunun keçmiş əri 16 yaşlı qızla evləndi - VİDEO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev yenidən ailə qurub.   Sfera.az xəbər verir ki, ifaçının eks-ərinin toyu baş tutub...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəra...

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğraf...

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...