Ölkə başçıları İlham Əliyevi təbrik etdi

Siyasət
16:55 / 21.05.2019
1924
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudes İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
Cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.
Hörmətlə,
***
Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram".