Bakıda taksinin içində restoran – İstədiyinizi pulsuz yeyib-içə bilərsiniz FOTOLAR

Bakıda taksinin içində restoran – İstədiyinizi pulsuz yeyib-içə bilərsiniz  FOTOLAR

Bakıda “Dost Taxi” şirkəti növbəti yeniliyə imza atıb.

Sfera.az xəbər verir ki, şirkətə məxsus bir neçə taksidə sərnişinlərə müxtəlif restoran xidməti də təklif edilir. Belə ki, taksiyə əyləşən hər bir müştəri ona təklif olunan soyuq spirtli və spirtsiz içkilərdən, enerji içkilərindən, tütün məmulatlarından, çərəzlərdən istifadə edə bilər. Bunun üçün isə sərnişindən heç bir əlavə ödəniş alınmır.

“Dost Taxi”nin “Ekzotik səyahət” adı altında başlatdığı bu layihə çərçivəsində artıq taksilərin bəzilərində bu xidmət yaradılıb.

Sadəcə olaraq *3311-ə zəng edib taksi sifariş edin! Ola bilsin ki, sizin də DOST-unuz məhz bu maşınımız oldu!


OXŞAR XƏBƏRLƏR