Vaşinqtonun optimist Qarabağ bəyanatı Rusiyanı qıcıqlandıracaq – SƏFİRİN AÇIQLAMASINA ŞƏRH

Vaşinqtonun optimist Qarabağ bəyanatı Rusiyanı qıcıqlandıracaq – SƏFİRİN AÇIQLAMASINA ŞƏRH
 

"Bu, bir növ Vaşinqtonda münaqişə tərəfləri arasında baş tuta biləcək görüş üçün müsbət impuls yaratmağa hesablanmış addımdır”


Sfera.az-a açıqlamasında bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində müsbət siqnalların olması ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən politoloq Natiq Miri deyib.

 

Politoloqun fikrincə, həmin açıqlama digər tərəfdən həmsədrlərdən biri olan Rusiyanı qıcıqlandırmağa da hesablanıb: "Yəni həm tərəflərin Vaşinqton görüşünə müsbət impuls formalaşdırmağa çalışırlar, həm də sözügedən bəyanatla bu məsələdə həddən artıq maraqlı görünən və ABŞ-dakı görüşdən əndişələnən Rusiyanı qıcıqlandırmaq məqsədi güdürlər”.


N. Miri onu da qeyd edib ki, səfirin açıqlaması ABŞ-da gözlənilən görüşdə konkret hansısa siyasi nəticələrin əldə olunacağına da hər hansı bir işarə vermir:

"Bunun üçün ortada hansısa ciddi dəyişiklik yoxdur. Münaqişə tərəfləri olan Azərbaycanla Ermənistan arasında diametral olaraq həddən artıq ziddiyyət var. Hansı ki, bu ziddiyyət fonunda hər hansı bir yaxınlaşma hələlik mümkün olmayıb. Ciddi siyasi nəticənin olması üçün münaqişə müəyyən predmetlər üzrə müzakirə olunmalıdır. Ancaq Ermənistan hökumətinin başçısı Paşinyan hələlik buna hazır deyil. Paşinyanın növbəti dəfə zaman qazanmağa çalışır. Azərbaycan təbii ki, bunlara razı olmayacaq. Azərbaycan 26 ildən artıqdır ki, belə baş qatmaq prosesilə üz-üzədir. Belə olan təqdirdə bundan sonra Azərbaycanın zaman itirmə imkanları yoxdur. Ona görə düşünürəm ki, ABŞ-da deyilən görüş baş tutarsa, burada Rusiyada olduğu kimi hər hansı bir siyasi nəticənin əldə olunacağını gözləmək doğru deyil”.

 

Qeyd edək ki, bu günlərdə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi açıqlama verərək Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müsbət siqnalların olduğunu bildirib.


"Son aylar görünür ki, münaqişənin həlində irəliləyiş əldə etmək mümkündür. İki ölkə rəhbərlərinin görüşləri, cəbhədə gərginliyin azalması, dialoqun davam etdirilməsi ilə bağlı razılaşmalar. Bütün bunlar münaqişənin həlli ilə bağlı müsbət siqnallardır”- deyə səfir vurğulayıb.

Elçin


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...