Azərbaycan Beynəlxalq Bankı şahmat turnirində qalib oldu

Azərbaycan Beynəlxalq Bankı şahmat turnirində qalib oldu

13-15 may 2019-cu il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilib. 2016-cı ildən bəri artıq 4-cü dəfədir ki, keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 20 bankdan 60-dan artıq nümayəndə iştirak edib.

Yarışın nəticələrinə əsasən, komanda hesabında "Azərbaycan Beynəlxalq Bankı" ASC qalib olub və ötənilki birinciliyini qoruyub. Bankın əməkdaşları komanda hesabında 21.5 xal qazanıblar. Komandanın kapitanı Rauf Hacılı 9 oyundan 9 xal əldə edərək şəxsi hesabda 3-cü il ardıcıl yarışın qalibi olub.

Belə bir ənənəvi yarışın keçirilməsində məqsəd Azərbaycanda şahmatın kütləviliyini artırmaq, bank sektorunda çalışanların asudə vaxtının səmərəli təşkilidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən,www.ibar.azinternet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçininrəsmi Facebook səhifəsindənəldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...