“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” - Firəngiz Mütəllimova

“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” - Firəngiz Mütəllimova
Xalq artisti Firəngiz Mütəllimova "Şou ATV” proqramında qonaq olub.

Sənətçi beyin əməliyyatı keçirməmişdən öncə yaşadıqlarından söz açıb:

"Mənə söyləmişdilər ki, tam yaddaşını itirə, arabaya məhkum ola, hərəkətsiz qala bilərsən. Ən böyük riskə gedib, əməliyyat olunmalıydım. Beynimdən şişi götürəcəkləri aparat da yox idi. Qardaşım təzə ürək əməliyyatı olunmuşdu.Yaşar Nuri, Telman Adıgözəlov rəhmətə getdi. Stress yaşadım. Qərar verməli idim ki, ya qalmalıyam, ya getməliyəm. Həkim dedi ki, üç saatdan sonra da ölə bilərsən, 80 yaşında da, buna zəmanət vermirəm, artıq beynin qanayır. Aktrisanın səhnəyə son dəfə çıxışı nə deməkdir? Mənə elə güllər gətirib qoyurdular. Amma heç biri gözümdə deyildi. Səhnəyə, zala döndüm elə baxdım ki, onu heç kim hiss etmədi. Fikirləşdim ki, görəsən, mən bir də nəinki teatra, Azərbaycana qayıda biləcəyəmmi? Allah özü mənə elə yol açdı ki, türkiyəli həkim dedi ki, onun əməliyyat pulunu götürmürəm. Bu əməliyyat çox bahadır. Bütün hər şeyi ödədik, həkimə çatan pulu ödəmədik, istəmədi. Gələndən iki ay sonra açıqlama verdim. Bəziləri dedi ki, şou edir. Həkim dedi əlini qaldır, qaldırdım, amma ayaqlarım tərpənmədi. Həkimə dedim ki, narahat olmayın, mən yeriyəcəm”.
 
///Axşam.az

OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...