ABŞ-ın Qarabağ planı: 18 ildən sonra…

ABŞ-ın Qarabağ planı: 18 ildən sonra…
Vaşinqton Azərbaycan və Ermənistan liderlərini öz ərazisində görüşdürmək istəyir.

Politoloq Elxan Şahinoğlu ABŞ-ın Qarabağ məsələsində vasitəçiliyi ələ alacağı ilə bağlı fikirlərə münasibət bildirib. Politoloq hesab edir ki, 18 illik uzun fasilədən sonra ABŞ ərazisində ilk bu növ görüş olacaq:

"Sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərciyində görüşmüşdülər. Masa üzərinə sazişin mətni qoyulsa da, imzalanmadı. Çünki Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermirdi. Budəfəki görüşdən iki səbəbə görə real nəticə gözləmək çətindir. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin köklü həllinə hazır deyil, o, sadəcə bəzi mövzuları müzakirə etməyə hazırdır: atəşkəsi necə qoruyaq, inam atmosferini necə yaradaq, gediş-gəlişi bərpa edək. Bu mövzular isə münaqişə həll olunmadan bizi maraqlandırmır, maraqlandırmamalıdır da. Çünki bu detallar münaqişənin uzanmasına xidmət edir ki, bu da Ermənistanın maraqlarına uyğundur. Vaşinqton görüşünün nəticəsiz qalmasına dəlalət edəcək ikinci səbəb isə Ermənistan hakimiyyətinin əvəlki kimi Moskvadan asılı olmasıdır. ABŞ hazırda Rusiyanın rəqibidir, demək olar ki, bütün məsələlərdə fərqli mövqelərə malikdir. Digər tərəfdən, Amerikanın Rusiyaya qarşı sanksiyaları mövcuddur. Belə şəraitdə Moskva Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündə uğur qazanılmasını istəməz”.

Politoloq vurğulayıb ki, ABŞ bununla Cənubi Qafqazda söz sahibi olmasına eyham vurur:

"Kreml isə bu cür eyhamları rədd edir və ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır. Ona görə də Kreml İrəvanın əli ilə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mümkün fəallığına mane olmağa çalışacaq”.

Xatırladaq ki, Xarici İşlər naziri Elmar Məmmədyarov Polşada səfərdə olarkən bildirmişdi ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün ABŞ-da keçirilməsi ilə bağlı ABŞ dövlət katibindən dəvət alıb.(Redaktor.az)

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...