Yenidən xərçəngə tutulan "Toppuş bacı"nın xəstəxanada son halı - VİDEO

23:10 / 15.05.2019
5847
Yenidən onkoloji xəstəliyə tutulan əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.
Sfera.az-ın məlumatına görə, bu barədə "Toppuş bacı” sosial şəbəkə hesabında video paylaşaraq açıqlayıb. O bu gün kimyaterapiya ediləcəyini bildirib:
"Bir azdan sevə-sevə kimyaterapiyamı qəbul edəcəm ki, məni sağaltsın”.
Qeyd edək ki, Tünzalə Əliyeva son açıqlamasında xəstəliyinin irəlilədiyini və boğazına qədər yayıldığını bildirmişdi.