Əməkdar artist Abbas Bağırov Qubaya səfər edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi sözügedən məkanda dostu, Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla birgə qolf oynayıb. Müğənni istirahət mərkəzində çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşaraq, bu sözləri qeyd edib: “Dəyərli Anar Məmmədovla gözəl bir gün keçdi. Azərbaycanımızın səfalı, gözəl bölgələrindən olan Qubada qolf klubundayıq. Burada qolf oynamaq başqa bir zövqdür". Sfera.az
Sfera.az