Mnatskanyan Məmmədyarovla görüşdən danışdı: Biz də insanıq

Mnatskanyan Məmmədyarovla görüşdən danışdı: Biz də insanıq
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşməsi normal haldır.

Bunu jurnalistlərə açıqalmasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

"Belə çərçivədə olan özəl söhbətlər çox normal davranışdır. Biz də insanıq və biz də bir-birimizlə söhbət edə bilərik. Hər görüşümüzdə hansısa problemi həll etməməliyik”, – deyə o bildirib.

Mnatsakanyan həmçinin Paşinyanla Əliyevin növbəti görüşünün Vaşinqtonda olma ehtimalının çox olduğunu bildirib. Bununla belə, o özünü sığortalayaraq, ABŞ-ın bu barədə açıqlama verməsinin daha doğru olacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Məmmədyarov Paşinyan-Əliyev görüşünün növbəti raundunun Vaşinqtonda olacağını açıqlayıb. İrəvan tərəfi indiyə qədər bu məsələdə qəti mövqe tutmayıb və bəzi hallarda təkzib etməyə də çalışıb.

OXŞAR XƏBƏRLƏR

Kamal Səfərov da həbs edildi

Yekaterinburqun Leninski Rayon Məhkəməsi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qəra...

Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi “Korovka iz Korenovki” brendi ilə məhsul istehsal edən Rusiyanın “Əsl Dondurma Zavodu”nun do...

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...