Elza Seyidcahan Türkiyənin məşhur serialını məhkəməyə verir - VİDEO

Elza Seyidcahan Türkiyənin məşhur serialını məhkəməyə verir -  VİDEO

“Ya mənə təzminat ödəyəcəklər, ya da müəllif hüquqlarımı qoruyacaqlar”.

Türkiyənin “Star telekanalında yayımlanan “Çilek kokusu” serialının musiqisinin oğurluq olduğu ortaya çıxıb. 

Sfera.az-ın axşam.az-a istinadla məlumatına görə, mahnı ötən il təmsilçimizElvin Ordubadlının Tatarıstanda keçirilən “Türkvision” müsabiqəsində səsləndirdiyi “Devlerin yalnızlığı”nın eynisidir. Bəstənin müəllifi, əməkdar artist Elza Seyidcahan məsələ ilə bağlı açıqlama verib. O, filmin yaradıcı heyətini məhkəməyə verəcəyini bildirib: “Mahnımı oğurlayıblar. Bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşıram. Mahnıdan istifadə etsinlər, amma niyə müəllifin adı qeyd olunmur? Ya mənə təzminat ödəyəcəklər, ya da müəllif hüquqlarımı qoruyacaqlar. Türkiyəli yazar Ayşe Birgül Yılmazla əlaqə saxlayıb mahnını ona göndərdim. O da təsdiqlədi ki, mənim bəstəmin eynisidir. Bu işlərdə mənə kömək edəcək”. E.Seyidcahan “Devlerin yalnızlığı” mahnısının bir çoxlarının diqqətini çəkdiyini deyib: “Biz Tatarıstanda olanda müsabiqəyə qatılan bütün münsiflər mahnıya heyran qalmışdı. Müxtəlif ölkələrdən gələn qonaqlar hamısı bəstənin kimə aid olduğunu soruşurdu. Çox maraqlı musiqisi var. Elvini yarışmada səkkizinci edən də mənim bəstəm oldu. 24 ölkənin TMB telekanalının rəhbərləri bilir ki, bu, Elza Seyidcahanın mahnısıdır”.


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...