Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdi - FOTOLAR

Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdi - FOTOLAR
29 aprel - 13 may tarixlərində Bakı Tennis Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq reytinqli tennis turniri keçirilib.

32 idmançının iştirak etdiyi turnirin qalibi həmyerlimiz Kənan Qasımov olub.
14 yaşlı tennisçimiz rusiyalı, ukraynalı və qazaxıstanlı yaşıdlarına qalib gələrək finala yüksəlib. Finalda amerikalı Stefan Joromski ilə qarşılaşan Kənan bu görüşdə də qələbə qazanaraq turnirin qalibi olub.
Tennis üzrə 10 qat Azərbaycan çempionu Tələt Rəhimovun tələbəsi olan Kənan Qasımov daha əvvəl Azərbaycan və Bakı birinciliyinin qalibi olub. O saytımıza açıqlamasında yarışla bağlı təəssüratlarını bölüşüb: "Yarış gərgin keçdi. Ötən həftə keçirilən beynəlxalq turnirin yarımfinal görüşündə zədə almışdım. Buna baxmayaraq, bu turnirdən əvvəl qarşıma məqsəd qoydum ki, birinci olacağam. Qalib gəldiyim üçün çox sevinirəm. Çalışacağam ki, başqa ölkələrdə keçirilən yarışlarda da bu nəticəni təkrarlayım. Hazırda qarşıma qoyduğum məqsəd yaşıdlarım arasında reytinqimi yüksəldərək "100-lüy"ə, daha sonra "Top 50"yə daxil olmaqdır. Gələcəkdə isə Roje Federer kimi məşhur tennisçi olmaq, "Australian Open", "Wimbledon" kimi tunirlərdə ölkəmizi təmsil etmək istəyirəm".




OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...

Aysunun keçmiş əri 16 yaşlı qızla evləndi - VİDEO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev yenidən ailə qurub.   Sfera.az xəbər verir ki, ifaçının eks-ərinin toyu baş tutub...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəra...

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğraf...

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...