Paşinyanın “Yallı”sı ilə bağlı daha bir açıqlama: Uçuruma yaxınlaşır

Paşinyanın “Yallı”sı ilə bağlı daha bir açıqlama: Uçuruma yaxınlaşır
Təəssüf ki, Ermənistanın indiki hakimiyyəti, baş nazir Nikol Paşinyan və komandası eynilə onlardan əvvəl olan rəhbərlərin səhvlərini təkrarlayır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Nikol Paşinyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə, Şuşa şəhərinə qanunsuz səfərinə və bunun münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinə mümkün təsirlərinə münasibət bildirərkən deyib.

S.Seyidov qeyd edib ki, bu siyasət nə qədər davam etdiriləcəksə, Ermənistan bir o qədər öz-özünü regionun, dünyanın və sivilizasiyanın müasir inkişafından uzaq salacaq.



"Təəssüflər olsun, bu gün biz görürük ki, Paşinyan ikili və regiona sülh gətirmək, Qarabağ problemini həll etmək niyyətində olan siyasət aparmaq fikrində deyil.

Düzdür, bəyanatlar verir, ancaq həmin bəyanatların altında konkret addımlar tamam başqa istiqamətə yönəlir.

Bir dəfə demişəm, yenə də qeyd etmək istəyirəm ki, bu addımlardan, belə avantürist hərəkətlərdən o, Azərbaycanı yox, özünü daha çox çətin, daha kəskin bir duruma gətirib çıxaracaq.

Paşinyan nə qədər bu siyasəti davam etdirəcək, nə qədər Azərbaycan torpaqlarından öz işğalçı əsgərlərini çıxarmaq niyyətindən uzaq olacaq, problemləri də bir o qədər çox və uçuruma daha yaxın olacaq”, - deyə, S.Seyidov sözlərinə əlavə edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimə qatılıb. Daha sonra o,  Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub, "Yallı” gedib.

Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurub. Azərbaycan XİN hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünə dair bəyanat yayıb.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...