Nazirlər Kabineti 35 müəllifin əsərlərini və 11 filmi dövlət varidatı elan etdi

Nazirlər Kabineti 35 müəllifin əsərlərini və 11 filmi dövlət varidatı elan etdi
 

Nazirlər Kabineti "Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

 

Virtualaz.org bildirir ki, baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilmiş Əlavə 3 - "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.

 

Bununla da 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Həmin müəlliflərin və filmlərin siyahısını təqdim edirik.

 

Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

 

1. Qətran Təbrizi;

 

2. Məhsəti Gəncəvi;

 

3. Əfzələddin Xaqani;

 

4. Nizami Gəncəvi;

 

5. Qazi Bürhanəddin;

 

6. İmadəddin Nəsimi;

 

7. Aşıq Qurbani;

 

8. Şah İsmayıl Xətai;

 

9. Məhəmməd Füzuli;

 

10. Aşıq Abbas Tufarqanlı;

 

11. Molla Pənah Vaqif;

 

12. Molla Vəli Vidadi;

 

13. Qasım bəy Zakir;

 

14. Mirzə Fətəli Axundzadə;

 

15. Həsən bəy Zərdabi;

 

16. Seyid Əzim Şirvani;

 

17. Xurşidbanu Natəvan;

 

18. Mirzə Ələkbər Sabir;

 

19. Nəcəf bəy Vəzirov;

 

20. Aşıq Ələsgər;

 

21. Cəlil Məmmədquluzadə;

 

22. Əbdürrəhim bəy Haqverdiyev;

 

23. Cəfər Cabbarlı;

 

24. Əhməd Cavad;

 

25. Mikayıl Müşfiq;

 

26. Əhməd bəy Ağayev;

 

27. Əli bəy Hüseynzadə;

 

28. Nəriman Nərimanov;

 

29. Məmməd Səid Ordubadi;

 

30. Hüseyn Cavid;

 

31. Əzim Əzimzadə;

 

32. Yusif Vəzir Çəmənzəminli;

 

33. Üzeyir Hacıbəyov;

 

34. Səməd Vurğun;

 

35. Əliağa Vahid.

 

Dövlət varidatı elan edilən filmlər:

 

"Sevil ” (1929-cu ildə çəkilmişdir);

 

2. "Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

 

3. "İsmət”(1934-cü ildə çəkilmişdir);

 

4. "Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

 

5. "Almaz”(1936-cı ildə çəkilmişdir) ;

 

6. "Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

 

7. "Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

 

8. "Səbuhi”(1941-ci ildə çəkilmişdir)

 

9. "Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

 

10. "Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;

 

11. "Görüş” (1955-ci ildə çəkilmişdir).


OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...