“Azərbaycandakı didişmələr Şuşanı almağımıza kömək etdi” - Sarkisyan

“Azərbaycandakı didişmələr Şuşanı almağımıza kömək etdi” - Sarkisyan
Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdən devrildikdən sonra ilk dəfə jurnalistlərə danışıb. Ötən gün o, Şuşanın işğalı münasibətilə keçirilən bayram tədbirlərinə qatılaraq Ermənistanın İctimai televiziyasının müxbirinin 27 il əvvəl baş verənlər haqda suallarını cavablandırıb.

Sərkisyan ənənəvi olaraq "Şuşanın alınması üçün hazırladıqları parlaq hərbi əməliyyat”, erməni səhra komandirlərinin "şücaətləri” haqda lovğalanıb. Amma Şuşanı ələ keçirməkdə onlara kömək edən əsas səbəb-Azərbaycanda o zaman hökm sürən siyasi xaos, çaxnaşma barədə də danışıb.

Sərkisyan deyir ki, xeyli müzakirələrdən sonra Şuşaya dörd istiqamətdən hücum etməyi qərara almışdılar. Əməliyyata general Arkadi Ter-Tadevosyan başçılıq edirdi.

Sərkisyanın bildirdiyinə görə, Şuşa əməliyyatının uğurunun əsasını 1992-ci ildə Azərbaycan ordusunun Daşaltı kəndini azad etmək üçün keçirdiyi uğursuz əməliyyat qoymuşdu. "Hərçənd həmin döyüşlərdə bizdən də xeyli adam həlak oldu, amma Azərbaycan ordusunun da ən döyüş qabiliyyətli batalyonu darmadağın edildi”-Serjik deyib.

Xatırladaq ki, uğursuz Daşaltı əməliyyatı ilə bağlı sonradan Azərbaycanda uzun müddət istintaq getmişdi, həmin əməliyyata o vaxtkı müdafiə naziri Tacəddin Mehdiyev şəxsən başçılıq edirdi. İstintaq müəyyən etmişdi ki, əməliyyatın planlaşdırılmasında yol verilən taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə bölmə isə xeyli itki verərək geri çəkilə bilib.

Başqa sözlə, Serj Sərkisyan da təsdiq edir ki, Şuşanın ələ keçirilməsinin başlıca səbəblərindən biri heç də ermənilərin şücaəti ilə bağlı deyildi, Azərbaycan tərəfdə hökm sürən siyasi oyunlar, xəyanət və yararsız hərbi rəhbərliklə əlaqəli idi.

Nəhayət Serjik Şuşanı almaqda onlara kömək edən ikinci əsas məsələ barədə danışıb. Deyib ki, Azərbaycanda o vaxt sadəcə olaraq daxili siyasi didişmələr, tam xaos hökm sürürdü. "Bu da bizə çox kömək etdi”-o deyib.

Bunlar Şuşanın işğalından 27 il sonra düşmən tərəfindən də dilə gətirilə acı həqiqətlərdir. Və düşmən də təsdiq edir ki, şəhər-qalanı Azərbaycanda müxtəlif siyasi qüvvələrin hakimiyyət uğrunda didişmələri, ölkədə hökm sürən xaos, xəyanətlər və satqınlıqlar sayəsində ələ keçirə biliblər. Şuşa uğrunda əsl döyüşlər isə qabaqdadır...

Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...