Sabiq "Real"lıların rüşvət qalmaqalı
İdman
14:02 / 10.05.2019
2661
"Portu"nun müdafiəçisi Pepe ciddi ittihamlarla qarşılaşıb.Uduz futbolçu rüşvət təklif etməkdə günahlandırılır.
Məsələ burasındadı ki, hazırda Portuqaliya çempionatında 2-ci pillədə qərarlaşan "Portu" lider "Benfika"dan 2 xal geri qalır. "Benfika" isə XXXIII tur çərçivəsində mayın 12-də "Rio Ave"nin qonağı olacaq. İddiaya görə, Pepe "Real"da birlikdə çıxış etdiyi, hazırda isə "Rio Ave"nin formasını geyinən Fabio Koentrao ilə danışıq aparıb.
36 yaşlı mərkəz müdafiəçisi həmkarına "Benfika" üzərində qələbəyə görə, 600 min avro təklif edib. Məlumatda bununla bağlı dəlillərin polis və prokurorluğa təqdim edildiyi vurğulanıb. Məsələ təsdiqini taparsa, hər iki futbolçu ağır cəzaya məruz qalacaq.
Qeyd edək ki, Portuqaliya çempionatında mövsümün sonuna 2 tur qalıb.