Bakıda KRİMİNAL HESABLAŞMA: tanınmış avtoritet \"Sanka Zver\" kimi öldürüldü, qatil yaxalandı

Bakıda KRİMİNAL HESABLAŞMA: tanınmış avtoritet \
Bakıda "Emin 444” ləqəbi ilə tanınan avtoritet Emin Səfərovu qətlə yetirən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Həsən Tağıyev artıq polis tərəfindən tutulub.

Onu da qeyd edək ki, Emin Səfərov əvvəllər də məhkumluq həyatı yaşayıb. O, Bakıda adını tanıdan kriminal aləm üzvlərindən olub. İdarə etdiyi avtomobillərin nömrəsi məhz "444” olduğundan, onu "Emil 444” kimi tanıyıblar.

Hadisənin təfərrüatlarına gəlincə isə, Həsən Tağıyev Emil Səfərova məxsus "BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

Bildirilir ki, H. Tağıyevlə E.Səfərov əvvəllər də tanış olublar. Məsələnin kriminal söz-söhbət əsasında törədildiyi qeyd edilir.

Xatırladaq ki, "Sanka Zver" ləqəbli ilə tanınan azərbaycanlı qanuni oğru Cabir Qasımovda məhz bu cür qətlə yetirilmişdi. O, tanışı tərəfindən öz avtomobilində öldürülüb. Maraqlısı ondadır ki, Cabir Qasımovu da arxa oturacaqda oturan "Lotu Kəvir" kimi tanınan kriminal aləm üzvü qətlə yetirib.


OXŞAR XƏBƏRLƏR