Bakıdakı fiinalda London derbisi

Bakıdakı fiinalda London derbisi
Avropa Liqasında finalçılar bəlli olub.
 "Arsenal" ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi "Valensiya"nın qonağı olub. "Topçular" cavab görüşündə 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

Londonda "Çelsi" ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi "Ayntraxt"ı qəbul edib. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibin adına penaltilər zərbəsində aydınlıq gəlib. Daha dəqiq oynayan "Çelsi" həlledici oyuna vəsiqə qazanıb.

Bakıda keçiriləcək Avropa Liqasının finalında "Arsenal" və "Çelsi" klubları üz-üzə gələcək. London derbisi mayın 29-u, Bakı Olimpiya stadionunda baş tutacaq.

Avropa Liqası

Yarımfinal, cavab oyunları

9 may (cümə axşamı)

"Valensiya” (İspaniya) – "Arsenal” (İngiltərə) - 2:4

Qollar: Kevin Qameyro, 11, 58 - Pyer-Emerik Obameyanq, 17, 69, 88, Aleksandr Lyakazett, 50

İlk oyun – 1:3

"Çelsi” (İngiltərə) – "Ayntraxt” (Almaniya) - 1:1 (pen. 4:3)

Qollar: Ruben Loftus-Çik, 28 - Luka Yoviç, 49

İlk oyun – 1:1

OXŞAR XƏBƏRLƏR