Meyvələrə qarşı allergiyası olanlar oxusun

Meyvələrə qarşı allergiyası olanlar oxusun
"Şaftalının tükləri ətimi ürpəşdirir", "çiyələk yeyəndən sonra qaşınmam başlayır", - deyirsizsə, bu şikayətlərinizin səbəbi qida allergiyası ola bilər.
Daha çox yaz meyvələri və tərəvəzlərinin səbəb olduğu ağız allergiyası sağlamlıq probleminə səbəb ola bilər.
 
Ağız allergiyası qida allergiya sindromu, burun axıntısı olan xəstələrdə bəzi meyvə və tərəvəzlərə qarşı ağızda allergiyanın olması halıdır. Ağcaqayın ağacı, ya da tozcuqlara qarşı allergiyası olanların yüzdə 40%-də tapılıb.
 
Əsasən tozcuq mövsümündə daha da irəliləyir
 
Ağız allergiyası zamanı dodaqlarda, ağızda, boğazda yanma, qaşıntı, gözlərdə sulanma və qaşıntı, asqırıq, burun axıntısı kimi əlamətlər olur. Ağır vəziyyətlərdə səpgi formalaşa bilər. Çox nadir hallarda qusma, ishal, astma əlamətləri, hətta şok ortaya çıxa bilər.
 
Bəzi xəstələrdə, hətta meyvəni soymaq, ona toxunmaq qaşıntıya, şişməyə səbəb olur.
 
Daha çox çiy qidalar ağız allergiyasına səbəb olur. Çünki qidalar bişirildiyində onlarda allergiyaya səbəb ola biləcək proteinlər təsirini itirir. Fındıq isə bişirilsə belə, yenə allergik təsirini itirmir.
 
Hansı qidalar allergiya verir?
 
Ağcaqayına allergiyası olanlarda kivi, alma, armud, şaftalı, nektarin, ərik, gilas, kərəvəz, kök, cəfəri, kartof, pomidor, bibər, mərci, lobya, keşniş, razyana, fındıq, fıstıq, badam və tuma qarşı da allergiya olur. Çəmən tozcuqlarına qarşı allergiyası olanlara yemiş, qarpız, kivi, portağal, pomidor da şikayətlərə səbəb ola bilər. Yovşan otu allergiyasında kərəvəz, kök, yemiş, qarpız, alma ilə təmasda olarkən allergiya sindromu formalaşa bilər.
 
Müalicəsi mümkündürmü?
 
İlk əvvəl insanın həmin qidadan istifadə edərkən allergik əlamətlərin olub olmaması müəyyən edilir. Dəri testləri və qan analizi aparılır. Bu allergiyanı tamamilə ortadan qaldıracaq bir müalicə olmadığından problem yaradan həmin qidadan çiy istifadə etməmək, bişmiş olaraq yemək lazımdır. Bəzi meyvələrin qabığının soyulması da yardım edə bilər. Şaftalının qabığında allergiya miqdarı daha çox olur.  //xezerxeber
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...