Məşhur futbolçulara hökm oxundu
İdman
11:12 / 09.05.2019
2004
Rusiyanın "Zenit” klubunun hücumçusu Aleksandr Kokorinlə "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.
Moskvanın Presnenski rayon məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Kokorini 1,5 illik, Mamayevi isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.
Davanın digər iştirakçıları – Aleksandrın qardaşı Kirill 1,5 illik, onların dostu Aleksandr Protasovitskiyə isə 1 il 5 ay iş kəsilib. Onlar qərar qüvvəyə minənə qədər həbsdə qalacaqlar.
Qeyd edək ki, futbolçularla yanaşı, Aleksandr Kokorinin qardaşı Kirill və onların dostu Protasovitski ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurdular.