TQDK müraciət etdi - "İmtahan vərəqəsi"ni çap edə bilərsiniz

TQDK müraciət etdi -  "İmtahan vərəqəsi"ni çap edə bilərsiniz

TQDK iyulun 25-də imtahan verəcək abituriyentlərə müraciət etdi

İyulun 25-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilən imtahanda (cari ilin məzunları - II və III qruplar) iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasından Xezerxeber.com-a verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçün abituriyentlər elektron ərizə təqdim edən zaman istifadə etdikləri iş və şifrdən istifadə etməklə//eservices.tqdk.gov.az/brxvbak/?frm=egov linkinə daxil olmalı və buraxılış vərəqəsini çap etməlidirlər.

Əgər kimsə iş nömrəsi və ya şifri unudubsa, onu təkrar əldə edə bilər. Bunun üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 rəqəmini göndərmək lazımdır.

Məlumatda bildirilib ki, iş nömrəsi, şifr və kodu daxil edib “Daxil ol” düyməsini basdıqdan sonra buraxılış vərəqəsi uzun müddət ekranda təsvir olunmursa, onda siz buraxılış vərəqəsini digər brauzer (əsasən “İnternet Explorer” və ya “Mozilla Firefox” brauzerləri tövsiyyə olunur) vasitəsi ilə və ya digər kompüterdə çap edin.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...