Azərbaycanda internetin qiyməti 70 faiz ucuzlaşır
Maraqlı
18:43 / 08.05.2019
2937
"Delta Telekom LTD” MMM provayderlərə təmin olunan internetin qiymətində təxminən 70 faizə qədər endirim etməklə bağlı qərar qəbul edib.
Sfera.az xəbər verir ki, bununla bağlı "Delta Telekom LTD”dən məlumat verilib.
Bildirilib ki, bunun məqsədi internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsidir.
Mayın 10-dan endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.