Problemli kreditinə görə yeni kredit götürə bilməyənlər nə etməlidir?

Problemli kreditinə görə yeni kredit götürə bilməyənlər nə etməlidir?
Problemli kreditlərin restruktizasiya edilməsi üçün Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin iştirakı ilə vahid kredit müqaviləsi forması hazırlanıb.

Bunu AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

"Vahid müqavilə restruktizasiya prosesinin sürətli olmasına imkan verəcək", - deyə o qeyd edib.

Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, yeni və güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanması vətəndaşların kredit tarixçəsinin də tədricən yaxşılaşmasına da imkan yaradacaq:

"Əgər restruktizasiyadan sonra vətəndaş vaxtında ödəniş edərsə, bankın ona yönəlmiş bu aktivi yaxşılaşmağa başlayacaq və tədricən problemli siyahıdan çıxaraq borcalan üçün də kreditə əlçatanlıq imkanlarını yaxşılaşdıracaq. Yəni kredit tarixçəsi vətəndaşın ödəniş qabiliyyətini göstərir və ödənişlər barədə bütün məlumatlar ümumi bazada toplanılır. Tarixçəni yaxşılaşdırmanın yeganə yolu ardıcıl ödəniş etmək və ödəniş qabiliyyətinin yaxşılaşdığını kredit təşkilatlarına sübut etməkdir. Son nəticədə maliyyə qurumları həmin şəxsə yenidən kredit verməkdə maraqlı olacaqlar. Bunun üçün də kifayət qədər imkan mövcuddur. Çünki restruktizasiya nəticəsində yeni kreditlər olduqca yüngül şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Hesab edirik ki, bu şərtlərlə ödəniş etməyə vətəndaşların imkanları var və onlar vaxtında ödəniş edərək kredit tarixçələrini yaxşılaşdıracaqlar".

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...