Həkimlər hamiləliyi xərçənglə səhv saldılar

Sağlıq
12:24 / 08.05.2019
3440
35 yaşlı qadın həkimlərin şiş kimi gördüyü əkizlərini itirib
Türkiyədə həkimlərin kobud səhvi bir ailənin faciəsinə səbəb olub. İstiPress-in məlumatına görə, onlar hamiləliklə xərçəng xəstəliyini səhv salıblar.
Hadisə 35 yaşlı Serpil Baga adlı qadının başına gəlib. Ötən il onun yumurtalıqlarından birində şiş olduğu üçün əməliyyat edilib. Bir neçə aydan sonra qadının qanında hamiləlik hormonunun (xq) səviyyəsi normadan artıq çıxıb. Bu həm də uşaqlıq xərçənginin əlamətlərindən hesab edilə bilər.
Həkimlər isə ətraflı yoxlama aparmadan ona xərçəng diaqnozu qoyaraq kimyaterapiya müalicəsinə başlayıblar. Yoxlama zamanı uşaqlıqda 12-19 sm ölçülərində olan iki şişin tapıldığı, onların götürülməsi gərəkdiyi deyilib. Lakin planlaşdırılan əməliyyatdan bir neçə gün öncə qadında açılış baş verib.
Sən demə həkimlərin şiş kimi gördükləri əkiz uşaqlar olublar. Qadın hamilə olub. Açılışa səbəb isə onun qəbul etdiyi kimyaterapiya müalicəsi olub.