Azərbaycan Beynəlxalq Bankından kart PİN kodları ilə bağlı bir ilk – “e-PİN” xidməti

Azərbaycan Beynəlxalq Bankından kart PİN kodları ilə bağlı bir ilk – “e-PİN” xidməti
Azərbaycan Beynəlxalq Bankı elektron xidmət infrastrukturunun inkişafı tədbirlərini davam etdirir. Bu istiqamətdə uğurla başa çatdırılan daha bir layihə sayəsində müştərilərə plastik kartlarının PİN kodunu ATM-lər və Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada təyin etmək imkanı yaradılıb.
Xatırladaq ki, əvvəllər müştərilər kart sifariş etdikdə PİN kod onlara ya xüsusi zərflərdə təqdim olunurdu, ya da PİN kodu müştərilər Bankın filial və şöbələrində POS terminal vasitəsilə özləri müəyyənləşdirirdilər.
 
İndi isə müştərilər Azərbaycan Beynəlxalq Bankından kartlarını əldə edərkən PİN kodu banka məxsus ATM-lər və ya bankın saytında "e-PİN” bölməsinə daxil olmaqla təyin edə bilərlər. Bu zaman əməliyyatların tam təhlükəsizliyi təmin olunur. Bu xidmətdən istifadə müştərilərin vaxtına qənaət etməklə bərabər, PİN kodun sonradan unudulması hallarını da aradan qaldırır. 
Sözügedən xidmətlərin istifadə qaydaları barədə məlumatı bu linkdən əldə etmək mümkündür: //www.ibar.az/az/individual/bank-24-7/internet-banking/e-pin/
 
Qeyd edək ki, bu imkan ancaq bankdan yeni sifariş edilən kartlara aiddir.
Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: //www.ibar.az/az/individual/plastic-cards/
 
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...