Seçki nəticələrinin ləğvi Türkiyəni qarışdırdı: Kılıcdaroğlu təcili toplantı çağırdı

Mayın 7-də səhər saat 10-a təyin olunan toplantıya CHP-dən İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı seçilmiş Əkrəm İmamoğlu da qatılacaq.
Sfera.az xəbər verir ki, CHP sədri Kamal Kılıcdaroğlu telefonla danışaraq, Əkrəm İmamoğlunu təcili Ankaraya çağırıb.
İstanbul bələdiyyəsinə AKP-dən namizəd olan və seçkidə İmamoğluya məğlub olan keçmiş baş nazir Binəli Yıldırım da nəticələrin ləğvi qərarıyla bağlı fikirlərini paylaşıb.
"Bu qərar İstanbulumuz üçün xeyirli və gözəl nəticələrə vəsilə olsun, İnşallah”, – Yıldırım rəsmi Twitter hesabından yazıb.
Nəticələrin ləğvi qərarını İstanbulda iftar süfrəsi arxasında jurnalistlərə şərh edən Əkrəm İmamoğlu isə bunları deyib: "Yüksek Seçim Kurulunun rəsmi açıqlamasını gözləyirəm. Əlbəttə, daha geniş açıqlamam olacaq. Bu süfrədə sizlərlə salamlaşma ehtiyacı hiss etdim. İnşallah, rəsmi açıqlama verilsin, İstanbulun ən gözəl nöqtəsində sizlərə mən də açıqlama verəcəm. Hər şey çox gözəl olacaq, ümidinizi itirməyin”.
Bizimyol.info