AZAL-ın qiymətləri niyə bahadır?- Müqayisə... - VİDEO

AZAL-ın qiymətləri niyə bahadır?- Müqayisə... -  VİDEO

Prezident İlham Əliyev Azərbaycan Hava Yolları şirkətinə məxsus aviabiletlərin baha olmasını kəskin tənqid edib. Dövlət başçısı bu məsələnin qısa zamanda həll edilməsi üçün aidiyyatı orqanlara tapşırıqlar verib. Bəs görəsən AZAL-dakı qiymətlər digər hava yolları ilə müqayisədə nə qədər bahadır ?

Sfera.az xəzər xəbər-ə istinadən məlumatına istinadən bildirir ki, gediş-gəliş olmaq üzrə Türkiyənin Antalya şəhərinə və Avropa ölkələrinə səfərlərdə isə qiymət fərqləri belədir. AZAL-ın və Gürcüstan hava yollarının saytında göstərilən rəqəmlərdə isə fərq daha böyükdür. Onlayn qaydada İyulun 15-də gediş, 25-də gəliş üzrə Bakıdan Antaliyaya və Tbilisidən Antaliyaya biletlərin qiymətlərini yoxladıq.

AZAL-ın müştərilər üçün təklif etdiyi biletlərinin qiyməti 648 manat, Gürcüstan hava yollarının qiyməti isə 333 manatdır. Aradakı fərq 300 manatdan da çoxdur.

Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu yerlərdən biri olan Rusiyanın paytaxtı Moskva şəhəridir. AZAL-la Bakıdan uçanın biletə görə 473 manata, Tibilisidən getsəniz 277 manat ödəmək kifayətdir..

Digər bir ziddiyətli məqam isə Avropa şəhərləri ilə bağlıdır...Misal üçün İtalyanın Milan şəhəri Londonla müqayisədə Bakıya daha yaxındır. Londona gedən sərnişinlər 611 manat Milan gedən sərnişinlər isə 670 manat ödəməlidir.

Qiymətlərin baha olduğunu xarici ölkələrə təyyarə ilə gedən Azərbaycan vətəndaşları da təsdiqləyir. Qiymətlərin baha olmasına görə Azalın bir çox xarici reyslərini həyata keçirən təyyarəllərdəki doluluq 40, ən yaxşı halda 50 faiz olur. Yəni 50-60-faiz yerlər üçün isə bilet satışı həyata keçirilimir. Turizmin ən qızğın vaxtında bir aviaşirkət üçün bu ən yaxşı ehtimalla bir neçə ildən sonra dövlət büdcəsindən yenidən datasiya almaq deməkdir.

Halbuki normal qiymət siyasəti həyata keçirilərsə həm daha ucuza sərnişin daşımaq mümkündür həmdə daha çox qazanmaq.


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...