Qəza da budur, qəza şəraiti də – Bakıda «KİA» «Lexus»u belə aşırdı - VİDEO

Qəza da budur, qəza şəraiti də – Bakıda «KİA» «Lexus»u belə aşırdı -  VİDEO

«KİA»nın vurub aşırdığı «Lexus» svetoforun yaşıl işığında öz yolu ilə hərəkət edirdi

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan yol-nəqliyyat hadisəsi yolayrıcında baş verib. Bu yol qəzası bir qədər qarışıq şəraitdə baş verir. Gəlin, bütün detallara diqqət edək. İlk növbədə qeyd etmək lazımdır ki, qəzanı törədən «KİA-Sportage» markalı avtomobil svetoforun qırmızı işığından keçir. Kadrlarda tam aydın görünür ki, «KİA»nın vurub aşırdığı «Lexus» svetoforun yaşıl işığında öz yolu ilə hərəkət edir. «KİA» isə qəflətən sağdan çıxıb onu tən ortadan vurub aşırır. Bu, qəzanın əsas səbəbidir. İkinci səbəb də var…

Videodan da göründüyü kimi, sağa gedən yolda sıxlıq var. Lakin ağ rəngli «Mersedes» markalı avtomobilin sürücüsünün elementar qaydalardan xəbərsiz olması və ya bu qaydaları kobud şəkildə pozması ağır qəzaya səbəb olur. Yol hərəkəti qaydalarından məlumdur ki, əgər sürücü qarşıda sıxlıq olduğunu görürsə, hərəkəti davam etdirəcəyi təqdirdə sağdan və ya soldan hərəkət edənlərin yolunu kəsəcəyi aydındırsa, o zaman hərəkət qadağan edilir. Amma ağ «Mersedes»in sürücüsü bu qaydalara əməl etmir və demək olar ki, svetoforun qadağanedici siqnalı verilərkən hərəkəti davam etdirərək yolun ortasında qalıb. Sürücü maşını sağa-sola sürüb özünə yol axtarır. Elə bunun nəticəsidir ki, «Lexus»un sürücüsü sağdan yola çıxan «KİA»nı gömür və ani olaraq toqquşma baş verir.

Əlbəttə, «KİA» qırmızı işıqda hərəkət edib və qəza törədib. Bu, birmənalıdır. Lakin yolun ortasında ora-bura vurnuxan «Mersedes»in də bu qəzada rolu az deyil. Bu görüntülərdə alqışa layiq bir hal var ki, o da ətrafdakı insanların dərhal köməyə gəlib aşan maşındakı insanları xilas etməsidir. Belə halları müsbət dəyərləndirməyi bacarmaq lazımdır.  //avtosfer.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...