Təcavüz edən şəxsi ÖLDÜRMƏK - Yeni qanun qəbul ediləcək?

Təcavüz edən şəxsi ÖLDÜRMƏK - Yeni qanun qəbul ediləcək?
Qadınların cinsi zorakılığa məruz qalması dünyanın yüz illərdir mübarizə apardığı problemlərdən biridir. 

Bir sıra dövlətlərdə bu problemin həllinə qarşı bir sıra sərt addımlar atılır. Məsələn, Rusiyada qəbul olunan yeni qanuna görə, təcavüzə məruz qalan xanımlar müdafiə olunmaq üçün güc tətbiq edə və hətta təcavüzçünü öldürə bilər.

Maraqlıdır ki, Azərbaycanda təcavüzə məruz qalan xanımlarla bağlı xüsusi qanun qəbul edilə bilərmi?

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov  açıqlamasında bildiirb ki, təcavüzə məruz qalan şəxslərlə bağlı xüsusi qanun olmasa da, zəruri müdafiə anlayışı mövcuddur:

"Cinayət Məcəlləsinin 36 və 38-ci maddələrinə əsasən, özünü müdafiə edənin və ya başqa şəxsin həyatına və sağlamlığına qəsd edənə zərər vurmaq yolu ilə törədilmiş hansısa hərəkət  zəruri müdafiə həddini aşmayıbsa, cinayət sayılmır”.

Vəkil qeyd edib ki,  təcavüzçünün öldürülməsi ilə bağlı xüsusi qanunun qəbulu gözlənilmir:

"Ölkənin daxili qanunvericiliyinə və tərəfdarı olduğu beynəlxalq konvensiyaların roluna ziddir. Təcavüz edən şəxsi öldürmək məsələsi bir qədər çaşdırıcıdır. Ola bilər ki, təcavüzə məruz qalan şəxs təcavüzçünü həmin an deyil, sonradan öldürsün. Sonradan öldürmə zamanı cinayət işi açılır. Hazırda ölkəmizdə bu məsələ ilə bağlı müzakirə getmir və qəbul edilməsi barədə gözlənti yoxdur. Əslində, bu cür qanunun qəbul edilməsi ayrı-seçkiliyə səbəb olar. Çünki xanımlarla yanaşı, təcavüzə məruz qalan kişilər də az deyil”.Redaktor.az

OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...