Tanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLAR
Tədbirlərin birində tanınmış prodüser Təranə Səmədova və DJ Roşkanı bir-biri ilə söhbətləşən gördük. Hər iki doğma insanı kənarə çəkib, söhbətləşmək qərarına gəldik, ancaq söhbətimizin belə alınacağını həqiqətən də bilmirdik. Cütlüyün 1 il boyunca gizli saxladığı münasibəti axır ki, ortaya çıxdı. Təranə və Roşka özləri də fərqinə varmadan, nələri etiraf etdilər, nələri... bir sözlə keçmiş sevgililər, indiki dostların ATV.az-a etirafını özünüz oxuyun: Əfruzə: Necəsiz? Roşka: Mane olursan , ay Əfruzə, imkan ver, söhbət edirdik də... (gülürük-red) Təranə: Bizim Roşka ilə söhbətlərimiz heç zaman bitmir, çünki bir-birini çox istəyirik. Çox az sayda insanlar var ki, mən əminliklə söyləyə bilirəm ki, o da məni çox istəyir. Rövşən elə insandır. Hətta mərcə də girə bilərik ki, kim-kimi daha çox istəyir. Əfruzə: Ay Rövşən, tez-tez belə mərcə girirsiniz? Roşka: Demir ki, indi mərcə giririk (gülür-red). Bu gün sabah bir il olacaq ki, Təranə mənə çox doğma insan oldu. Təranə: Zaman keçdikcə insanlar bir-birilərinə daha çox bağlanır, doğmalaşır. Əfruzə: Rövşən, Təranə sənin üçün kimdir? Roşka: Sən bu sualları hardan tapırsan, ay Əfruzə (gülürlər-red) Təranə mənim ən yaxın, əziz, doğma dostumdur. Əfruzə: Təranə bəs sənin üçün ? Təranə: Mən də eynisiylə razıyam. Əfruzə: Təranə və Rövşən ... (gülürlər, mən davam edirəm -red) Bilirsiz ki, jurnalistlər söz saxlaya bilmir, xüsusilə də mən. Sevgili idiniz, dostdan savayı, düzdürmü? Ancaq hər ikinizə olan hörmətimizdən, media işçiləri bu barədə yazmırdı. İndi vəziyyət necədir? Roşka: Təranənin həyatında başqa bir insan var, istəmərəm ona problem yaransın. Həm belə şeylər barədə kişilərin açıqlama verməsi düzgün çıxmaz. Ən yaxşısı bu barədə Təranə danışsın. Təranə: Yalan danışmaq istəmirəm və süniliyi də bacarmıram. Roşka ilə sevgili idik, ancaq indi ayrılmışıq. Hal-hazırda həyatımda sevdiyim var, çox da xoşbəxtəm. Roşka ilə 6 ay sevgili olmuşuq, indi isə sadəcə tam səmimi, doğma dostlarıq. Yenə də dostumdu, onun xətrini çox istəyirəm. Roşka: İstər sevgili, istərsə də dost olduğumuz zamanlarda Təranə ilə inanın ki, çox üst-üstə düşən xasiyyətlərimiz var idi. Hər bir şey bir-birini tamamlayırdı. İndi də ona xoşbəxtlik arzu edirəm. Sfera.az