Prezidentə necə e-mail yazmaq olar? - İlham Əliyevə şikayət etməyin yolu

Prezidentə necə e-mail yazmaq olar? -  İlham Əliyevə şikayət etməyin yolu
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında neqativ halların aradan qaldırılması üçün sahibkarlara səslənərək birbaşa onun özünə müraciət edilməsini istəyib.   

Prezident qeyd edib ki, xoşagəlməz hallar baş verən zaman sahibkarlar birbaşa ona e-mail vasitəsilə, məktub yazmaqla müraciət edə bilərlər:   “Bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.   Məlumat üçün qeyd edək ki, Prezidentin rəsmi internet saytına (prezident.az) daxil olub, ana səhifədə “Prezidentə məktub yazmaq” bölməsini tıklamaqla, çox asanlıqla məktub göndərmək mümkündür. Məktub qısa, yığcam və lakonik olmalı, 1500 işarəni aşmamalıdır. Bütün bu qaydalarla bağlı prezident.az saytının sözügedən bölməsində ətraflı məlumat verilir və məktub göndərilmə mərhələsi izlənilir. Şikayətçiyə sadəcə göstərilən o qaydalara əməl etmək qalır. (axar.az)
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...