Bank of Baku maliyyə hesabatını açıqladı!

Bank of Baku maliyyə hesabatını açıqladı!

Bank of Baku, 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2019-cu il tarixinə olan hesabata əsasən, bankın həm xalis faiz gəlirlərində, həm də qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Cari ilin ilk 3 ayının göstəricilərinə əsasən, Bankın xalis faiz gəlirləri 7.43 mln. manata çatmışdır ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12.9% çoxdur. Bankın qeyri-faiz gəlirləri isə analoji dövrlə müqayisədə 51% artım göstərərək, 1.4 mln. manat həcmində olub.

 

Bank xərclərində isə azalma müşahidə olunub. Belə ki, bu ilin birinci rübündə faiz xərci 2018-ci ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 3.25 mln. manat təşkil edib. Qeyri-faiz xərcləri isə 6.9 mln. manat olub ki, bu da analoji dövrlə müqayisədə 4% daha azdır.

 

 

Hesabat dövrünün sonuna Bankın əməliyyat mənfəəti 1.89 mln. manat təşkil edib.

Tənzimləyici orqanın müəyyən etdiyi müvafiq normativin tələblərinə uyğun olaraq ehtiyat həcminin tələb olunan səviyyəyə çatdırılması bank tərəfindən tam olaraq təmin edilmiş, bu məqsədlə cari ilin birinci rübündə 11.48 mln. manat əlavə ehtiyat yaradılmışdır. Bunun nəticəsində, bank cari dövrü 7.75 mln. manat zərərlə yekunlaşdırıb.

Qeyd edək ki, kredit müştərilərinin maddi rifahının yaxşılaşdırılması və bank sektorunun sağlamlaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanın icrası Bank of Baku-nun maliyyə vəziyyətinin yaxşılaşmasına və Bankın sağlamlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bütün bu göstəricilər aprel ayının yekunu ilə bağlı hesabatda öz əksini tapacaq və bu haqda geniş ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Əlavə olaraq onu da qeyd edək ki, "Moody's” beynəlxalq reytinq agentliyi də sonuncu hesabatında, fərmanın bankın maliyyə vəziyyətinə müsbət təsir edəcəyini proqnozlaşdıraraq, Bank of Baku-nun əmanət üzrə reytinqini neqativdən stabilə yüksəldib.

 

Daha ətraflı:

 

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

 


OXŞAR XƏBƏRLƏR

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...

Səbinə Salmanova vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.   Sfera.az xəbər verir ki, b...

Suraxanıda 2 mərtəbəli ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.   Sfera.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan i...

Qurbanqulu Berdiməhəmmədovu Füzulidə İlham Əliyev qarşıladı - FOTO

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib.   Sfera.az xəbər v...