Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmayıb.
Sfera.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları "Yaraq-Qazmalyar” buraxılış məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya rəyinə əsasən, Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edilib və məhsulun geri qaytarılması barədə qərar qəbul edilib. Zərərli güvənin kartof, badımcan və tütün məhsullarına da zərər vura biləcəyi deyilir. Yüklə bağlı protokol tərtib olunub və sahibi cərimələnib. Məhsul sərhəddən Azərbaycana geri qaytarılıb.

Qeyd edək ki, analoji hadisə ötən ay da baş vermişdi. Onda 16,2 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmamışdı. (Virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Raketlərlə verilən mesaj: İsrail Suriyadakı hakimiyyəti tanımır

Ötən gün İsrail ordusunun Suriyanın Müdafiə Nazirliyinin və parlamentin binasını raketlərlə vurması beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib.  ...

Marketlərdəki dondurmalar keyfiyyətlidir? - AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş isteh...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...