Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub

Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub
Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri bu il yanvarın 1-nə 22 068,979 mln. manat təşkil edib.

Sfera.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% azdır.

AMB-nin aktivlərinin 16 337,898 mln. manatını borc qiymətli kağızları (1 il bundan əvvəl olmayıb), 4 894,585 mln. manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 9,2% az), 361,778 mln. manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (2,4% az), 310,867 mln. manatını isə banklara verilmiş kreditlər (22,45% az) təşkil edib.

2018-ci ildə AMB-nin cəmi öhdəlikləri 2,8% azalaraq 17 611,517 mln. manat, o cümlədən dövriyyədə olan əsklinaslar və sikkələr 2,75% artaraq 8 364,129 mln. manat, rezident bankların qısamüddətli depozitləri 23% azalaraq 3 378,509 mln. manat, kredit təşkilatları qarşısında öhdəliklər 36,8% artaraq 2 832,777 mln. manat, hökumət idarələri qarşısında öhdəliklər 5,7% artaraq 1 617,684 mln. manat, buraxılmış borc qiytmətli kağızlar isə 9,2% artaraq 1 005,552 mln. manat, qurumun cəmi kapitalı isə 1,2% azalaraq 4 457,462 mln. manat olub.

Ötən il AMB-nin faiz gəlirləri 201,228 mln. manat (əvvəlki ilə nisbətən 26,5% çox), faiz xərcləri 301,045 mln. manat (6,7% çox), haqq və komissiya gəlirləri 16,378 mln. manat (15,9% çox), haqq və komissiya xərcləri 4,765 mln. manat (23,1% çox), restrukturizasiya edilmiş kreditlərin ədalətli dəyərdə tanınması üzrə zərəri 3,08 mln. manat (89,7% az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 2,729 mln. manat (əvvəlki il gəlir olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 47,37 mln. manat (əvvəlki il olmayıb), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 23,492 mln. manat (əvvəlki il zərər olub), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 11,394 mln. manat (əvvəlki il olmayıb), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 52,334 mln. manat (74,35% az), qiymətli kağızların dəyərsizləşməsi üzrə zərəri 153 min manat (əvvəlki il olmayıb), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1,05 mln. manat (73,7% az), sair əməliyyat gəliri 8,641 mln. manat (3,5 dəfə çox), dəyərsizləşmə üzrə gəliri 60,347 mln. manat (əvvəlki il xərc olub), inzibati və sair əməliyyat xərcləri isə 66,11 mln. manat (2,4% çox) təşkil edib. Son nəticədə qurum 2018-ci ili 60,316 mln. manat zərərlə başa vurub. Halbuki, AMB 2017-ci ildən 3 513,453 mln. manat mənfəətlə çıxmışdı.

OXŞAR XƏBƏRLƏR

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzulidəki dağıntılara baxdılar - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış y...

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...

Səbinə Salmanova vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.   Sfera.az xəbər verir ki, b...