Həbib növbəti döyüşünə çıxır

Həbib növbəti döyüşünə çıxır
Mütləq Döyüş Çempionatı (UFC) 242 turniri sentyabrın 7-də Əbu-Dabidə keçiriləcək. 

Turnirdə azı bir çempion kəməri oynanılacaq.

Turnirdə dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovun iştirak edəcəyi gözlənilir. Onun amerikalı Dastin Puarye ilə qarşılacağı proqnozlaşdırılır. Qeyd edək ki, H. Nurməhəmmədov sonuncu döyüşünü ötən il oktyabrın 6-da irlandiyalı Konor Makqreqora qarşı keçirərək qələbə qazanıb. 30 yaşlı dağıstanlı döyüşçü indiyədək keçirdiyi görüşün hamısında udub. Amerikalının aktivində 25 qələbə və 1 məğlubiyyət var.Yeniavaz

OXŞAR XƏBƏRLƏR