\"16 yaşında intihar edəcəkdim\" - Emmanuel Adebayor

\
Türkiyənin "Başakşəhər" klubunun hücumçusu Emmanuel Adebayor "Daily Mail" qəzetinə müsahibə verib.

Toqolo futbolçu 16 yaşında Fransanın "Mets" klubuna transfer olduğu dönəm intihar etmək istədiyini deyib: "16 yaşında qazandığım pulla ailəmə yardım edirdim. Ancaq mənim üzərimdə çox təzyiq qurmuşdular. Aya 3 min avro qazananda məndən 500 min avroluq ev istəyirdilər. Məndən məmnun deyildilər. Bir gün intihar etmək üçün bütün dərmanları hazır etdim. Gecə ən yaxın dostuma zəng etdim və onu evə çağırdım. Mənə sakit olmağı və Afrika üçün çox şey edəcəyimi dedi. Bu cümlə məni intihardan daşındırdı".

35 yaşlı hücumçu Madrid "Real"ındakı günlərindən danışıb: "Real"da çıxış edərkən komandanın ən güclü futbolçusu Serxio Ramosla özümü hesab edirdim. Bir gün Ramosla idman zalında məşq edəndə Kriştiano Ronaldo da yanımıza gəldi. Bizim ən çox 5 dəfə edəcəyimi hərəkəti "Bu, sizcə, çətindir?", - deyərək 30 dəfə etdi. 3:0 hesabı ilə öndə olduğumuz oyunun fasiləsində Mourinyo paltardəyişmə otağında televizoru əsəbindən təpiklədi, su qabını üstümüzə atdı. Hər kəsin üstünə bağırırdı. Mənəvi cəhətdən bizi alçaltmışdı. Ronaldo het-trik etsə də, ona "Dünyanın ən yaxşı futbolçususan, amma bərbad oynayırsan. Mənə ən güclü olduğunu göstər" demişdi. Kriştiano ona cavab vermədi".

Adebayor peşəkar karyerasına 2001-ci ildə Fransanın "Mets" klubunda başlayıb. O, "Monako", "Arsenal", "Mançester Siti", "Real", "Tottenhem", "Kristal Pelas" klublarında çıxış edib. Təcrübəli futbolçu 2017-ci ildən "Başakşəhər"in uğurları üçün çalışır.

OXŞAR XƏBƏRLƏR

Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na daxil oldu - FOTO

Amerikalı məşhur aktyor Tom Kruz daha bir möhtəşəm uğura imza atıb. 62 yaşlı ulduz aktyor “Mümkünsüz missiya– Son Hesablaşma” (Mission: Imposs...

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən AÇIQLAMA

12:30   Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bild...

Əhaliyə MÜRACİƏT - Bu məlumatları PAYLAŞMAYIN

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.   Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəl...