Bağırsaqda xərçəngə nə səbəb olur?

Cəmiyyət
11:08 / 26.04.2019
3507
Oksford universitetinin mütəxəssislərinin sözlərinə görə, gündəlik olaraq qırmızı və emal olunmuş ətdən istifadə etmə bağırsaq xərçənginə səbəb ola bilər.
Tədqiqat nəticələri "International Journal of Epidemiology" jurnalında dərc olunmuşdur.
Mütəxəsislər 6 il ərzində 500 min könüllü insanı müşahidə etmişdir. Bu müddət ərzində insalarda 2500 dəfə xərçəng halı müşahidə olunmuşdur. Eyni zamanda alkoholdan, tütündən istifadə etmənin və piylənmənin bağırsaq xərçənginə səbəb olması bildirilir.
Bağırsaq xərçəngindən əziyyət çəkən tütün istifadəçilərinin ölüm riski, digərlərinə nisbətən daha çoxdur. Çörək tərkibində sellülozun olması və lif tərkibli maddələrin səhər yeməyində qəbul olunması bu riski aşağı salır.
Düzgün qidalanmamaq bu xəstəliyin əmələ gəlməsinə səbəb olur. Qida rasionunun əsasən yağlı yeməklərdən və un məmulatlarından ibarət olaraq, bitki məhsullarından az istifadə olunmasını misal gətirmək olar. Bu xəstəlik uzun müddət antienflamatuar dərmanlardan istifadə edənlərdən və xroniki qəbizlikdən əziyyət çəkən insanlardan da yan keçmir.