Nazirlərdən kimlər oruc tutdu? - SİYAHI

Nazirlərdən kimlər oruc tutdu? -  SİYAHI
Ramazan ayının sonuncu günlərini yaşayırıq. Müsəlman aləminin xüsusi önəm verdiyi bu ayda insanlar yeyib-içməkdən imtina edərək, öz nəfslərini tərbiyə edirlər. Azərbaycanda da əhalinin bir qismi islamın vacib şərtləri sırasına daxil olan oruc tutmağa əməl edirlər. Bu sırada bəzi məmurlar və deputatlar da var. 

Modern.az saytı mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən məmurlardan kimlərin oruc tutduğunu araşdırmağa çalışıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev nazir Şahin Mustafayevin oruc tutması haqqında məlumatlı olmadığını bildirib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, nazir Əli Abbasov bir neçə gün oruc tutub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova vurğulayıb ki, nazirliyin əksər işçiləri, o cümlədən də rəhbərlikdə işləyənlər oruc tutur: 

“Nazir Oqtay Şirəliyevin özünü dəqiq bilmirəm, amma bizdə oruc tutanların sayı həddindən çoxdur. Hətta nazirin müavinləri də oruc tutur. Yeri gəlmişkən, mən də oruc tuturam”.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə qeyd edib ki, nazir Fikrət Məmmədov oruc tutmur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Vüqar Şıxəmmədov da bildirib ki, nazir Əbülfəz Qarayev oruc tutmur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev nazir Səlim Müslümovun,  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova nazir Azad Rəhimovun oruc tutub-tumadığı haqqında məlumatlı olmadıqlarını qeyd ediblər.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...