ABŞ Universitetindən 74 min dollarlıq təqaüd təklifi alan azərbaycanlı: "Daha çox elmə meylliyəm"

ABŞ Universitetindən 74 min dollarlıq təqaüd təklifi alan azərbaycanlı:
Mingəçevir sakini 19 yaşlı Cavid Əlizadə ABŞ-ın "Lafayette Kolleci”nə 74 min dollarlıq tam təqaüd təklifi alıb.

Bu barədə  açıqlamasında C. Əlizadə məlumat verib.

O bildirdi ki, Böyük Britaniyadan, Avstraliyadan və Türkiyədən də ona təqaüd təklifləri gəlib.

Cavid 9-cu sinifi Mingəçevirdə bitirdikdən sonra Böyük Britaniyaya üz tutub: "Xaricdə oxumaq uşaqlıq arzum olub. Bu da elmə böyük marağımdan irəli gəlib. 9-cu sinifi bitirdikdən sonra valideyinlərimin dəstəyi ilə xaricdə təhsil almaq arzuma çata bildim. Onu da deyim ki, xaricdə təhsil almaq heç də asan deyil, amma mən bununla bağlı çətinlik yaşamamışam. Təhsilə yanaşma onlarda çox fərqlidir. Mən Böyük Britaniyanın top məktəblərindən sayılan "Cardiff Sixth Form College”ində oxumuşam. Oraya qəbul olmaq da, orada oxumaq da asan deyil. Çox savadlı uşaqlarla əhatələnmişdim, mübarizə həddən artıq çox idi, bu da insanı daha çox çalışmağa vadar edir. Onu da deyim ki, sosial şəbəkələrdə heç vaxt olmamışam. Sadəcə yoldaşlarımla əlaqə saxlamaq üçün onların təşəbbüsü ilə arada-sırada istifadə edirəm”.

O bildirdi ki, ABŞ-da təhsil almaq fikri olmayıb, ancaq buradakı müraciətlərdən effektiv nəticə aldıqdan sonra fikrini dəyişib: "Bütün əməliyyatları özüm etmişəm. Heç bir qurumdan, agentliyin yardımından istifadə etməmişəm. Bir çox ölkəyə təkliflər göndərdim və mart ayının axırında həm qəbul, həm də təqaüd qərarı çıxdı. Təkliflər Böyük Britaniyadan, Avstraliyadan, Amerikadan və Türkiyədən gəlib”.

Cavid deyir ki, harda təhsil almağından asılı olmayaraq məqsədi Azərbaycanı layiqincə təmsil etməkdir: "Hələ seçimimi etməmişəm. Hər şeyi nəzərə almağa çalışıram. Hələ ki, Amerika variantı haqqında düşünürəm. Çünki buradakı "Lafayette Kolleci” təqaüd kimi 74 min dollar təklif edir. Amma mən daha çox elmə meylliyəm. Bir neçə dil bilirəm. Ümumiyyətlə, oxuduğum sahədən və getdiyim ölkədən asılı olmayaraq məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir”.Yeniavaz


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...