Anrinin yeni klubu məlum oldu

16:58 / 22.04.2019
3791
"Monako"nun sabiq baş məşqçisi Tyerri Anrinin yeni klubu müəyyənləşmək üzrədir.
MLS liqası təmsilçisi "Nyu-Yrok Red Bulls"in rəhbərliyi fransız mütəxəssisi klubun baş məşqçisi təyin etməyə qərar verib.
Bu keçidin rəsmən gələn həftə elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, Anri futbolçu kimi 2010-2014-cü illərdə sözügedən klubda oynayıb. O, ABŞ klubunda 135 matçda 52 qo vurub.