Daha bir məmur oğlundan qudurğanlıq...

Daha bir məmur oğlundan qudurğanlıq...
Azərbaycanda daha bir yüksək vəzifəli məmur oğlunun qudurğan hərəkəti qeydə alınıb. 
 
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu küçənin ortasında “KaMaz” markalı avtomobil sürücüsünü döyüb. Hadisə Sumqayıt şəhərində baş verib. Sədr müavinin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən “KaMaz” sürücüsü ona mane olub. Buna əsəbləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qabağını kəsib, möhkəmcə əzişdirib. Nurlan adlı sürücü Sumqayıt şəhər Travmatoloji Xəstəxanasına yerləşdirilib. 
 
Hadisəni polis tərəfindən qeydə alınıb-alınmadığı barədə məlumat yoxdur. 
 
Qeyd edək ki, Azərbaycanda məmur övladlarının harın hərəkətləri ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində sərt xəbərdarlıqlar edilib.  Övladları qudurğan hərəkətlər edən məmurların cəzalandırılacağı qeyd olunub.
 
Xatırladaq ki, Gəray Fərhadov sədr müavini olsa da, əslində onun nəzarətində böyük maliyyə tutumu olan işlər var. Beləki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsi tərəfindən həyata keçirilən bütün tikintilər sözügedən şəxsin nəzarətindədir.   //Faktxeber.com
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Rusiyaya hərbi dəstəyi dayandırın”: ABŞ-dən Şimali Koreyaya çağırış

ABŞ Dövlət Departamenti, Şimali Koreyanın Rusiyaya verdiyi hərbi dəstəyə və Moskvadan bu yardımlara qarşılıq olaraq göstərilən dəstəyə son qoyulması çağırışını ...

Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı imiş - FOTO

İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət edirmi...

Donald Trampla İlon Mask bu gün görüşə bilərlər

Donald Trampla İlon Mask bu gün görüşə bilərlər.   Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.   Məlumata əsasən...

Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na daxil oldu - FOTO

Amerikalı məşhur aktyor Tom Kruz daha bir möhtəşəm uğura imza atıb. 62 yaşlı ulduz aktyor “Mümkünsüz missiya– Son Hesablaşma” (Mission: Imposs...

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...