Yunus Oğuzun \"Ovçu\" romanı özbək dilinə tərcümə olundu

Yunus Oğuzun  \
 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən aprel döyüşlərinə dair layihə həyata keçirilir.

Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun aprel döyüşlərinə həsr etdiyi "Ovçu" romanı Daşkənddə Özbək dilinə tərcümə olunub. Kitabın yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulub. "Ovçu" romanını Özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib.

Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bildirib ki, bu döyüşlər bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Prezident İlham Əliyev vurğulamışdır ki, bu hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Yazıçı romanda tarixə nəzər salıb, ermənilərin yüz illərlə Azərbaycan xalqına qarşı apardığı işğalçılıq siyasəti, Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyinə səbəb olan, xalqımızın qəhrəmanlıq və zəfər tarixinin şanlı səhifələrindən olan aprel döyüşləri və ya "dördgünlük müharibə"ni öz əsərində əks etdirmişdir.

 

"Bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid əsgərlərin əziz xatirəsinə bir elegiyadır. Qeyd edək ki, romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.

Qeyd edək ki, "Ovçu" romanı qəhrəmanlığın təbliğində, zəfər tariximizin gənc nəslə təlqin edilməsində mühüm rol oynayır.


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...