“Qaz limiti ləğv olunmasın, limit artırılsın” – HÖKUMƏTƏ TƏKLİFLƏR

“Qaz limiti ləğv olunmasın, limit artırılsın” – HÖKUMƏTƏ TƏKLİFLƏR

 

Təbii qaza tətbiq olunan limitin azlığı ilə bağlı ictimaiyyətdə etirazlar səslənir. Yazın ikinci ayının sonlarına yaxınlaşsaq da havaların soyuq keçməsi bu cür çıxışları artırıb. Millət vəkili Fazil Mustafa bir müddət əvvəl parlamentdə təbii qaza tətbiq edilən limitin artırılmasıyla bağlı təklif vermişdi.

 

Sfera.az-a danışan deputat məsələni gündəmdə saxladığını və mövzunu yenidən parlament müzakirələrinə daşıyacağını deyib: "Milli Məclisdə bu məsələni mən qaldırmışam. Düşünürəm ki, limit artırılmalıdı. Çünki qış havası hələ bitməyib. Hələ də havalar soyuq keçir. Evlər qışdakı kimi qızdırılmağa davam edir. Təbii qaz istehsalçısı və emal edən ölkəyiksə əhalinin bu mövzuda sıxıntısı olmamalıdır”.


Təbii qaz ehtiyatlarıyla bol olan ölkənin vətəndaşlarının bu nemətdən istədiyi kimi faydalanmadığını bildirən millət vəkili əhalinin ödəmə qabiliyyətini nəzərə almağı məqsəd uyğn görür. Limitin nə qədər olmasının isə ekspertlərin işi olduğunu düşünür

 

İqtisadçı ekspert Qadir İbrahimli də limitin ləğv olunmasına qarşıdır: "Limitin həcminin artırılmasını istəyirəm. İndi 1700 kub m, 170 manatdır. Yaxşı olardı ki, 3-4 min kub metrə qədər qaldırılsın”.

  

İtisadçının sözlərinə görə, elə ailələr, evlər var ki, onların evi qızdırmaq üçün daha çox qaza ehtiyacları var: "Təklif edərdim ki, təbii qazadan istifadənin həcmi 300-400 manatı aşdıqdan sonra limit tətbiq olunsun. Elə adamlar var ki, istixana işlədir, təndirxanası var, onlara isə fərqli tariflər olmalıdır”.

 

 

Rəşad

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...