«Beynəlxalq Bankın borcları dövlətin boynunda qalacaq»

«Beynəlxalq Bankın borcları dövlətin boynunda qalacaq»
Dövlət bankını oliqarxların ələ keçirməsi, qaytarılmayan kreditlərin isə büdcə hesabına silinəcəyi gözlənilir
İqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkədə yazdığı təhlildə qeyd edir ki, ABB-nin özəlləşdirilməsində 2 narahatlıq doğuran məqam var: "Birincisi, ölkədə özəlləşdirmə üçün şəffaf mühitin heç izi də yoxdur. Ona görə bu nəhəng bankın dövlətə ciddi maliyyə gətirmədən oliqarxik qrupların şəxsi mülkünə çevriləcəyini indidən ehtimal etmək olar.

İkincisi, dövlət başçısının məlum fərmanından aydın olur ki, Beynəlxalq Bankın zərərli aktivlərinin alınması üçün dövlətin daxili borclanma imkanından istifadə ediləcək. Maliyyə Nazirliyinin buraxdığı istiqrazları Mərkəzi Bank alacaq, əvəzində Beynəlxalq Bankın problemli aktivlərinə sahib çıxan başqa bir dövlət maliyyə təsisatı - "Aqrarkredit" QSC Mərkəzi Bankdan likvid vəsaitlər qəbul edəcək. Daxili borcun qapadılması üçün hər ilin dövlət büdcəsindən vəsait ayrılacaq. Bir sözlə, Beynəlxalq Bankın uzun illər məsuliyyətsiz və qeyri-peşəkar idarəçiliyinin, ölkəyə vurduğu zərərin bədəlini dövlət büdcəsi ödəyəcək".

İqtisadçı hesab edir ki, əgər Beynəlxalq Bankı açıq və şəffaf müsabiqə əsasında, biri-birilə rəqabət aparan, dünya bank bazarında çəkisi olan nüfuzlu banklar özəlləşdirəcəksə, iqtisadiyyatımız qazanacaq: "Əks halda, yalnız özəlləşdirən tərəf böyük hesabla qazanacaq, Azərbaycan dövləti böyük hesabla uduzacaq".

Samir Əliyev:  "Bankın indiki vəziyyətdə satılması sektor üçün problemlər yarada bilər"

Digər iqtisadçı-ekspert Samir Əliyev isə vurğulayır ki, Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan digər problemli kreditlərin həcmindən daha çoxdur: "Bankdan milyonlarla dəyərində kredit götürmüş, ancaq geri qaytarmamış müştərilərindən həbs yolu ilə borcların bir hissəsi geri alınsa da, aktivləri tam xilas etmək mümkün olmayıb. Geri qayıdan vəsaitlərin həcmi barədə məlumatlar açıqlanmır, ona görə zərərli aktivlərin həcmi barədə dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, "Aqrarkredit" QSC-nin boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək".
İqtisadçıya görə, Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılması düzgün addımdır: "İndiki vəziyyətdə özəlləşdirməyə çıxarılması onun dəyər-dəyməzə satılmasına, beynəlxalq reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər. Sağlamlaşmadan sonra isə bankı normal qiymətə satmaq mümkündür. Həm də bankın indiki vəziyyətdə satılması sektor üçün problemlər yarada bilərdi. Təbii ki, əsas məsələ bankın kim tərəfindən alınması olacaq. Əks halda onun özəlləşdirilməsi ciddi əhəmiyyət daşımayacaq".
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...