Müxalifətçinin qızına hücum etmiş şəxs İskəndər Həmidovun tərəfdarı imiş

Siyasət
18:15 / 18.04.2019
3463
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına hücum etmiş Tural Qarayev keçmiş daxili işlər naziri, müxalifətçi İskəndər Həmidovun tərəfdarı imiş.
Sosial şəbəkələrdə Tural Qarayevin İskəndər Həmidovla birgə çəkdirdiyi fotoşəkillər yayılıb.
Sosial şəbəkələrdəki səhifələrində Tural Qarayev həm də özünü müxalifətçi "Müsavat”, ReAl partiyalarının və D18 hərəkatının tərəfdarı kimi təqdim edir.
Bu deyilənlərdən çıxış edərək belə nəticəyə gəlmək olar ki, Fuad Qəhrəmanlının qızına hücum hakimiyyətə qarşı ciddi şəkildə planlaşdırılmış təxribatdır və müxalifətin tərəfdarı tərəfindən törədilib.