“Nar” 4G istifadəçilərinin sayı 2 dəfədən çox artıb

“Nar” 4G istifadəçilərinin sayı 2 dəfədən çox artıb
Ölkənin ən gənc mobil operatoru "Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə "Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mindən çox olub.

Ümumilikdə, "Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib. Belə ki, son 1 ildə "Nar”-ın smartfon istifadəçilərinin sayı 20% çoxalıb. 

Qeyd edək ki, "Nar” 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bölgələrdə internet istifadəçilərinin sayı 75% artıb. "Nar” 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i isə regionların payına düşür. Mobil operatorun 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi son 1 ildə 70%-ə qədər yüksəlib. 

4G keyfiyyəti ilə yanaşı, "Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər "Nar” 4G istifadəçilərinin sayının artmasına təsir edib. 

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...