Azərbaycan Gömrük Komitəsi ilkə imza atdı - VİDEO

Azərbaycan Gömrük Komitəsi ilkə imza atdı -  VİDEO
Xaçmazın Azərbaycan-Rusiya sərhədində yerləşən Yalama dəmiryol keçidinin ərazisində MDB ölkələri arasında ilk dəfə olaraq Rentgen aparatı qurlaşdırılıb. Bundan sonra Rusiyadan Azərbaycana dəmiryol xətti ilə gələn bütün mallar Rentgen aparatından keçiriləcək. Bu cihaz Almaniyada fəaliyyət göstərən Smiths Heimann şirkətinin Fransadakı zavodunda istehsal olunub. Yeni sistemin quraşdırma işlərini də eyniadlı şirkətin rus mütəxəssisləri həyata keçirib. Şirkətin nümayəndəsi ilk dəfə olaraq məhz Azərbaycanın Şimal qapısında tətbiq olunan sistemin quraşdırılması işlərinə iki ay vaxt sərf etdiklərini dedi:
 
“Bu sistem ilk dəfə olaraq tətbiq olunur. Azərbaycan gömrüyü üçün böyük dəstəkdir. Sistemin əsas funksiyası dəmiryolu vasitəsilə daşınan yüklərin, avadanlıqların yoxlanılmasından ibarətdir. Bununla da istər silah-sursat, istər narkotik və ya digər qadağan olunmuş malların aşkar edilməsi asanlaşacaq”. 
 
Azərbaycan gömrüyündə yenilik olan bu sistemə sınaq baxışı da keçirilib. Dövlət Gömrük Komitə rəsmilərinin, eləcə də əcnəbi mütəxəsislərin iştirakı ilə cihazın necə işlədiyi yoxlanıldı.
 
Smiths Heimann Rus şirkətinin mütəxəsisləri yeni sistemlə bağlı Xaçmaz Gömrük İdarəsinin əməkdaşları üçün təxminən iki həftə kurs təşkil edəcək. Kurs başa çatdıqdan sonra Şimal dəmiryol qapısında bu yeniliyin tətbiqinə başlanacaq. Bu da ölkəmizə daşınan yüklərin təhlükəsiz və maneəsiz keçməsi ilə yanaşı qaçaqmalçılıq yolu ilə gətirilən arzuolunmaz yüklərin girişinə son qoyacaq.  //ANS
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tovuzda DƏHŞƏT: Oğul anasını balta ilə öldürdü, bacısını yaralayıb evi yandırdı

Tovuzda 31 yaşlı Kainat Namazov 25 yaşlı bacısı A. Namazova və anası Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.   Sfera...

“Google Chrome” istifadəçiləri təhlükə altındadır: Təcili yeniləyin

“Google”, hakerlər tərəfindən aktiv şəkildə istifadə edilən “yüksək önəmli” bir təhlükəsizlik proqramını (CVE-2025-5419) aradan qaldırma...

300 bal toplayan 9-cuların FOTOLARI

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrini elan ed...

“Rusiyaya hərbi dəstəyi dayandırın”: ABŞ-dən Şimali Koreyaya çağırış

ABŞ Dövlət Departamenti, Şimali Koreyanın Rusiyaya verdiyi hərbi dəstəyə və Moskvadan bu yardımlara qarşılıq olaraq göstərilən dəstəyə son qoyulması çağırışını ...

Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı imiş - FOTO

İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət edirmi...

Donald Trampla İlon Mask bu gün görüşə bilərlər

Donald Trampla İlon Mask bu gün görüşə bilərlər.   Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.   Məlumata əsasən...